Xameneyi İsrailə müqaviməti davam etdirməyə çağırıb

Xamenei
Xamenei

“Hər şeyə qadir olan Allah mütləq İran xalqına, həqiqətə və haqq yolda olan tərəfə qələbə əta edəcək”.

Bunu İranın Ali lideri Ayətullah Əli Xameneyi X hesabında paylaşımında yazıb.

“Mən sizə demək istərdim ki, düşmən ondan qorxduğunuzu hiss etsə, sizdən əl çəkməyəcək. Bu günə qədər etdiyiniz rəftarı davam etdirin, bu rəftarı qüdrətlə davam etdirin”, – deyə Xamenei vurğulayıb.

İranın Ali rəhbəri onu da əlavə edib ki, İsrailin amerikalı dostlarının meydana çıxması və məlum bəyanatları səsləndirməsi rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.