Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Qulaq kiri təhlükəli xəstəliyin xəbərçisi ola bilər

Orkhan Ali 20 İyun 2025 - 12:20 (Last updated: 20 İyun 2025 - 12:20)
Qulaq kiri

Qulaq kiri

Çinli tədqiqatçılar insan orqanizmindəki sadə ifrazatlardan biri olan qulaq kirinin sağlamlıqla bağlı vacib siqnal daşıya biləcəyini müəyyən ediblər. AzPost xəbər verir ki, Zhejiang Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, qulaq kirinin tərkibindəki kimyəvi maddələr insanın Parkinson xəstəliyinə tutulma riskini göstərə bilər.

Alimlər bu nəticəyə yüz Parkinson xəstəsi və yetmiş doqquz sağlam insandan götürülən qulaq kiri nümunələrinin analizindən sonra gəliblər. Məlum olub ki, qulaq kiri əsasən yağlı sebum maddəsindən ibarətdir və bu maddə Parkinson xəstələrində kimyəvi dəyişikliklərə məruz qalaraq müxtəlif uçucu üzvi birləşmələr (VOC – volatile organic compounds) yayır.

Araşdırmanın nəticələri göstərib ki, Parkinson xəstələrinin qulaq kirində sağlam insanlardan fərqli olaraq dörd xüsusi növ VOC aşkar edilib. Bu da qulaq kirinin potensial olaraq xəstəliyin qeyri-invaziv diaqnostikasında istifadə edilə biləcəyini göstərir. Tədqiqatçılar bu məlumatı süni intellekt alqoritminə daxil edərək 94 faiz dəqiqliklə Parkinson xəstəliyinin diaqnozunu müəyyən edə biliblər.

Xüsusilə etilbenzol və 4-etiltoluen adlı iki VOC üzvi maddə – plastik və neft məhsullarında olan birləşmələr kimi tanınır. Bu maddələrin beyində iltihab və dopamin çatışmazlığı ilə əlaqəli olduğu ehtimal olunur. Qeyd edək ki, dopamin insanın hərəkətlərinə nəzarət edən əsas neyromediatordur və Parkinson xəstəliyində onun səviyyəsi kəskin şəkildə azalır.

Bundan əlavə, pentanal adlı digər bir VOC maddəsi hüceyrə zədələnməsi və beyin zülallarının topalaşması ilə əlaqələndirilib. VOC-2-pentadesil-1,3-dioksolan adlı maddənin isə dəri mikrobiomundakı dəyişikliklər və yağ mübadiləsinin pozulması nəticəsində yarandığı düşünülür.

Alimlər bildirirlər ki, bu uçucu birləşmələrin bəziləri həmçinin bağırsaq mikrobiomunda balanssızlıq nəticəsində yaranır. Artan sübutlar göstərir ki, bağırsaq-beyin əlaqəsi Parkinson xəstəliyinin inkişafında mühüm rol oynayır.

Məlumata görə, hal-hazırda dünyada təxminən 10 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Hər il təxminən 90 min yeni diaqnoz qeydə alınır və bu rəqəmin gələcəkdə artacağı proqnozlaşdırılır. Xəstəlik zamanla titrəmə, əzələ sərtliyi, nitq çətinliyi, yerişdə donma və tez-tez yıxılmalarla müşayiət olunur. İrəlilədikcə udma pozuntuları və pnevmoniya riski də artır.

Qeyd edək ki, Parkinsonun əsas səbəbləri hələ tam aydın deyil, lakin genetik meyillərlə yanaşı, ətraf mühit faktorlarının, xüsusilə toksik kimyəvi maddələrin təsiri əsas amillərdən hesab olunur. ABŞ-da təkcə son 20 ildə Parkinsondan ölüm halları iki dəfədən çox artaraq, 2019-cu ildə 35 min nəfərə çatıb.

AzPost.az

Post navigation

Previous: Alimlər keçəlliyin dərmanını tapıblar –
Next: Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.