İtkin düşmüş 5 nəfər tapılıb.
AzPost bildirir ki, bu barədə DİN mətubat xidməti məlumat yayıb.
İyulun 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etmiş və itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“Özünüzü və yaxınlarınızı bu cür hallarda qorumaq üçün evdən çıxarkən yaxınlarınızı məlumatlandırın, azyaşlı və yaşlı ailə üzvlərinə nəzarəti, mərhəməti zəiflətməyin. Psixoloji gərginlik, mübahisələr və ailə problemləri fonunda baş verən itkin hallarına diqqətli yanaşın”- deyə DİN müraciətində vurğulanır.