Küçük bütün kəndi ölümdən xilas etdi

Hindistanın Himaçal-Pradeş ştatının Siyati kəndində baş verən sürüşmədən 67 nəfərin xilas olmasında qəhrəman rolunu beş aylıq bir bala it oynayıb. AzPost xəbər verir ki, NDTV-nin yaydığı məlumata görə, musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi iyunun otuzuna keçən gecə baş verib.

Narendra adlı kənd sakininə məxsus olan bala gecə saat bir radələrində yüksək səslə hürməyə başlayıb. Səsə oyanan ev sahibi divarda çatlar olduğunu görüb və dərhal qonşulara xəbərdarlıq edib. Nəticədə, kənddəki iyirmi ailə vaxtında təxliyə olunub.

Torpaq sürüşməsi baş verənə qədər insanlar evlərini tərk etməyə nail olublar. Fəlakət nəticəsində təxminən on ev dağılmasına baxmayaraq, insan tələfatı qeydə alınmayıb. Xilas olunanlar müvəqqəti olaraq yaxınlıqdakı kilsəyə yerləşdirilib.

Son həftələr Himaçal-Pradeş ştatında davam edən leysan yağışları bölgəyə ciddi ziyan vurub. Rəsmilər bildirir ki, iyunun iyirmisindən etibarən bölgədə daşqın və sürüşmələr nəticəsində yetmiş səkkiz nəfər həyatını itirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.