İstanbul hava limanı dünyanın ən yaxşı aeroportu seçilib

İstanbul hava limanı
İstanbul hava limanı

Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-nin səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.

Mənbə: AZƏRTAC

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.