Kamaz 30 metrlik uçurumdan aşdı- 13 nəfər xəsarət aldı

Rusiyanın Yakutiya bölgəsində yerləşən “Denisovski” dağ-mədən kombinatının ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzPost bildirir ki, KAMAZ markalı nəqliyyat vasitəsi 30 metrlik uçuruma yuvarlanaraq aşıb, nəticədə on üç nəfər həyatını itirib. Hadisə zamanı maşında ümumilikdə otuz üç nəfər olub.

Yaralanan iyirmi nəfərdən on nəfəri xəstəxanaya yerləşdirilib, on nəfərə isə ambulator yardım göstərilib. Əraziyə təcili tibbi yardım və psixoloji dəstək qrupları cəlb olunub. Prokurorluq faktla bağlı araşdırmaya başlayıb və yol hərəkəti təhlükəsizliyi, əmək mühafizəsi qaydalarının pozulmasını qiymətləndirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.