Avrasiyanın ən hündür vulkanı püskürüb

Kamçatkada Avrasiyanın ən hündür vulkanı olan Klyuçevskaya Sopka püskürüb.

AzPost bildirir ki, hazırda vulkanın kraterində lava toplanır. İyulun 26-na keçən gecə oradan qopmuş lava təbəqəsi ayrılıb. Bir gündə 200-dən çox zəlzələ qeydə alınıb.

Güman edilir ki, Sopka 10 kilometr məsafəyə kül atıb. Regionda buna görə də narıncı aviasiya təhlükəsi kodu qüvvədə qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.