Çin ilk güzgü günəş elektrik stansiyasını işə salır.
AzPost bildirir ki, Qansu əyalətində unikal elektrik stansiyası işə salınıb. 30 000 güzgü günəş işığını 200 metr hündürlüyündəki qüllələrə yönəldir, burada isə ərimiş duz turbinlər üçün buxar yaradır.
Obyektin gücü ildə 1,8 milyard kVt/saat təşkil edir. Bu da təxminən 170 000 ev təsərrüfatını enerji ilə təmin etmək üçün kifayətdir.