Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Niyə kifayət qədər yatmayan uşaqlar pis oxuyur?

Orkhan Ali 11 Sentyabr 2025 - 20:46 (Last updated: 11 Sentyabr 2025 - 17:48)
Məktəb

Məktəb

Yuxu zamanı uşağın beynində yaddaşın möhkəmlənməsi gedir gün ərzində öyrənilən məlumat uzunmüddətli yaddaşda saxlanılır. Yuxu azaldıqda diqqət, konsentrasiya və yeni bilikləri mənimsəmə qabiliyyəti zəifləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna görə də az yatan uşaqların qiymətləri düşür, öyrənmə motivasiyası azalır.

Emosional fon və davranış

Yuxusuzluq emosional sabitliyə mənfi təsir göstərir. Uşaqlar əsəbi olur, əhval və emosiyalarına nəzarət edə bilmirlər, dərsə maraqları azalır. Bu isə yalnız öyrənməyə deyil, həm də sinif yoldaşları ilə münasibətlərə mənfi təsir edir.

Fiziki inkişaf

Gecə saatlarında uşağın bədənində normal inkişaf üçün vacib olan böyümə hormonu intensiv ifraz olunur. Onun çatışmazlığı böyüməni ləngidə, həmçinin maddələr mübadiləsini poza bilər. Uzun müddətli yuxu çatışmazlığı xroniki xəstəliklərin yaranma riskini də artırır.

Yaradıcılıq və tənqidi düşünmə

Gündə 8 saatdan az yatan uşaqlar qeyri-standart tapşırıqlarda çətinlik çəkirlər, reaksiyaları ləngiyir və səhvləri çoxalır. Bu, onların yaradıcılığını, özünə inamını və qərar qəbul etmə bacarığını azaldır.

Sosial adaptasiya

Müəllimlərin müşahidəsinə görə, yaxşı yatan uşaqlar məktəb mühitinə daha tez uyğunlaşır, dərslərə daha aktiv qoşulur və sinif yoldaşları ilə daha rahat ünsiyyət qururlar.

Valideynlər üçün tövsiyələr

Uşağın sabit yuxu rejimi olmalıdır: eyni saatda yatmaq və oyanmaq. Yatmazdan əvvəl gadget-lərdən uzaq durmaq, çünki ekran işığı melatoninin ifrazına mane olur. Yuxu üçün sakit şərait yaratmaq: qaranlıq, səs-küy olmaması və rahat temperatur.

AzPost.az

Post navigation

Previous: Çin istehsalı olan ən keyfiyyətli avtomobillər – SİYAHI
Next: 61 yaşlı “qanuni oğru” infarktdan öldü

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

sou biz esas
  • Maraqlı

Eyni mahnılar niyə müxtəlif insanlarda eyni xatirələri oyadır? – Səbəb

User 18 Noyabr 2026 - 09:51
Prinston Universitetinin araşdırması göstərib ki, eyni musiqi janrına və onilliyə aid mahnılar müxtəlif insanlarda təəccüblü dərəcədə oxşar...
Read more about Eyni mahnılar niyə müxtəlif insanlarda eyni xatirələri oyadır? – Səbəb
İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı sehra
  • Maraqlı

İndi səhradır, 125 min il əvvəl isə göl olub – Ərəbistanda sensasiyalı tapıntı

User 18 Noyabr 2026 - 09:44
İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab Əraqçi
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30
Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.