Avropada sığınacaq istəyənlərin sayı azalıb

Miqrant
Miqrant

2025-ci ilin birinci yarısında Avropa İttifaqı, İsveç və Norveçdə sığınacaq üçün müraciət edənlərin sayı 25 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Sığınacaq Agentliyi məlumat yayıb.

Agentlik bu azalmanı Suriyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə izah edib. Son 10 ildə Avropadan sığınacaq istəyənlərin arasında ilk yerdə suriyalılar gəlib. Lakin bu il qitədə sığınacaq müraciəti edən Suriya vətəndaşlarının sayı yarıbayarı azalıb.

Son 3 ayda isə vətənə qayıdan suriyalıların sayı artır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.