Bayden Trampa “xuliqan” dedi –"Ölkə ən ağır siyasi böhranını yaşayır"

ABŞ-ın keçmiş prezidenti Co Bayden bildirib ki, özünün 50 illik karyerası dövründən bəri ölkə ən ağır siyasi böhranını yaşayır.

AzPost bildirir ki, o, bu açıqlamanı bazar günü Bostonda Edvard F. Kennedi İnstitutunun “Ömürlük Nailiyyət Mükafatı” ilə təltif olunarkən verib.

“50 illik siyasi həyatımda bu, gördüyüm ən pis hadisədir”, – deyə Bayden deyib.

Bu, onun prostat xərçəngi üçün şüa terapiyasını başa vurduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olub. Tam çıxış hələ dərc olunmayıb. Sosial mediada və video paylaşım saytlarında yalnız qısa hissələr mövcuddur.

Bayden vurğulayıb ki, ABŞ-da sabit demokratik cəmiyyət prezident səlahiyyətlərinin hüdudlarını aydın şəkildə anlamaq üzərində qurulub. O bildirib ki, işləyən demokratiya “işləyən Konqres, müstəqil hüquq-mühafizə sistemi və azad mətbuat” tələb edir.

Sabiq prezident deyib ki, ABŞ-ın dibsizliyə yuvarlanmasına baxmayaraq ölkədə “bu xuliqana” qarşı durmağa hazır olanların olduğuna inanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.