Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Şagirdlərin etirazları onların şəxsi təşəbbüsləri ilə bağlı deyil”

User 13 Oktyabr 2026 - 10:18 (Last updated: 13 Oktyabr 2026 - 10:18)
Cavansir feyziyev

“Məktəblərdə vahid formanın tətbiqi olduqca vacibdir”.

Bu fikirləri ARB24 Televiziyasının efirində çıxışı zamanı Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkilinin fikrincə, vahid məktəbli geyimi uşaqlar arasında sosial bərabərliyin qorunmasına, məktəbdə nizam-intizamın möhkəmləndirilməsinə və təhsilin əsas məqsədinin ön plana çıxmasına xidmət edir.

Cavanşir Feyziyev məktəbli formasına qarşı şagirdlərin etirazlarının yalnız onların şəxsi təşəbbüsü ilə bağlı olmadığını düşünür. Onun fikrincə, bu prosesdə valideynlərin və ya kənar şəxslərin də təsiri ola bilər.

Deputat məktəbli formasının vacibliyini əsaslandırarkən şagirdlər arasında maddi imkan fərqlərinə də diqqət çəkib. Bildirib ki, bəzi uşaqların bahalı geyimlərə, müasir telefonlara və müxtəlif aksesuarlara sahib olması, digərlərinin isə bu imkanlardan məhrum qalması məktəb mühitində sosial müqayisələrə və psixoloji narahatlığa səbəb ola bilər.

“Məsələn, bahalı telefonla məktəbə gələn şagirdin video çəkərək sosial şəbəkələrdə paylaşım etməsi maddi imkanı məhdud olan digər uşaqlarda özünü aşağı hiss etmə duyğusu yarada bilər. Bu kimi hallar şagirdlərin özünəinamına və sinif daxilində münasibətlərinə mənfi təsir göstərə bilər”– deyə Cavanşir Feyziyev bildirib.

Millət vəkilinin yanaşmasına görə, vahid məktəbli formasının tətbiqi geyimlər arasındakı fərqləri azaltmaqla şagirdlər üçün daha bərabər təhsil mühitinin formalaşmasına kömək edə bilər.

Cavanşir Feyziyev beynəlxalq təcrübəyə də diqqət çəkərək Avropa ölkələrinin təhsil sistemlərində məktəbli geyimi qaydalarının tətbiq olunduğunu vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda itkin kimi axtarılan 4 nəfər tapılıb
Next: 2 kiloqram narkotik, tapança və tüfəng götürülüb

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.