Oktyabrın 12-də Azərbaycanda polis əməkdaşları tərəfindən 2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Azpost.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram olan narkotik vasitə aşkarlanıb. Bundan başqa, həmin gün paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat da aşkar edilərək götürülüb. Əməliyyatlar zamanı 1 tapança, 1 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 30 patron müsadirə olunub. DİN-dən qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da mübarizə tədbirləri davam etdirilir.

AzPost.az