Kral ailəsi üzvünün gizli planları üzə çıxdı— Şahzadə Harrinin qərarı ailədə gərginlik yarada bilər

RadarOnline məlumat verir ki, şahzadə Harri bu il Milad bayramı üçün övladlarını gizli şəkildə Böyük Britaniyaya gətirmək istəyir. Bildirilir ki, Harri Arçi və Lilibetin kral III Çarlzla münasibətlərini gücləndirməsini vacib hesab edir və bunun üçün hələ də imkan olduğunu düşünür.

AzPost xəbər verir ki, mənbələrə görə, bu qərar həyat yoldaşı Meqan Marklın mövqeyi ilə üst-üstə düşmür. Meqan uşaqların Kaliforniyada qalmasını istəyir, lakin Harri fikrindən daşınmaq niyyətində deyil. O, hətta bu addımın ailədaxili gərginliyə səbəb olacağını bilsə də, planından geri çəkilməyəcək.

Məlumata əsasən, Harri səfər zamanı ailəsi ilə sakit şəkildə söhbət etməyi, dostları ilə görüşməyi və 2020-ci ildə kral ailəsindən ayrıldıqdan sonra qırılan bağları bərpa etməyi planlaşdırır.

Daha əvvəl o, uşaqları təhlükəsizlik səbəbindən Britaniyaya gətirə bilmədiyini bildirmişdi. Lakin yaxın çevrəsi deyir ki, Harri gizli söhbətlərində vəziyyəti dəyişmək və övladlarının vətənləri ilə bağlarının qopmamasını təmin etmək istədiyini açıq şəkildə etiraf edib.

İnsayderlər hesab edir ki, Milad səfəri Harri ilə kral Çarlz arasında münasibətlərin normallaşmasına doğru mühüm addım ola bilər və uzun illər davam edən gərginlikləri yumşalda bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.