Qadın 85 min manatlıq qızıl külçələri zibilliyə tullayıb

Qızıl
Qızıl

Taylandda demensiyadan əziyyət çəkən yaşlı qadın səhvən 85 min manat (təxminən 5 milyon rubl) dəyərində qızıl külçələri zibilə atıb. AzPost xəbər verir ki, bu barədə Taylandın Daily News nəşri məlumat yayıb.

Hadisəni qadının oğlu sosial şəbəkədə paylaşıb. O yazıb ki, anası demensiyadan əziyyət çəkdiyi üçün üç qızıl külçəni zibil qutusuna atıb və onların ümumi dəyəri təxminən 2 000 000 bat (85 min manat) təşkil edib. O, kameraların görüntülərini də paylaşaraq vəziyyəti təsdiqləyib.

Oğlu qızıl külçələri daşıyan zibillik maşının əməkdaşlarına mükafat verməyi təklif edib. Lakin polis bildirib ki, konkret maşını tapmaq çətindir və tullantıların bəlkə də artıq yandırıldığı ehtimalı var.

Qadının yaxınları qeyd ediblər ki, itirilmiş külçələr ailənin yeganə böyük investisiyası idi. Ailə axtarışları davam etdirir, lakin uğur şansı çox azdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.