“Şikayətçi şikayəti göndərəndən sonra da əlinə keçən materialları təqdim edə bilər”- MSK sədri

“Şikayətçi şikayəti göndərəndən sonra da əlinə hansısa material keçərsə, MSK-ya təqdim edə bilər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır: “Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir