Tramp Venesuelanın yeni rəhbərini hədələdi –"Aqibəti Madurodan betər olacaq..."

ABŞ prezidenti Tramp Venesuelanın yeni liderini Madurodan daha sərt cəza ilə hədələyib.

AzPost bildirir ki, o bu barədə paylaşımında yazıb.

ABŞ prezidentinin sözlərinə görə, əgər Delsi Rodrigez səhv addım atarsa onun üçün nəticələr Nikolas Maduronun özü üçün olduğundan daha ciddi ola bilər.

“Venesuelanın vitse-prezidenti Delsi Rodrigez düzgün iş görməsə, aqibəti pis olacaq, Madurodan da yüksək bədəl ödəyəcək”.

Delsi Rodrigez dövlət başçısı vəzifəsini icra etməyə başlayıb. Rodrigez ilk çıxışında Venesuelanın heç kimin müstəmləkəsinə çevrilməyəcəyini, Maduro və həyat yoldaşının azad edilməsini tələb edib. O, Maduronu ölkənin qanuni prezidenti hesab etdiyini vurğulayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.