Avropa yeni ildə 400 milyon kubmetr qaz idxal edib

Yanvar ayının ilk günlərində Avropa gündə təxminən 400 milyon kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib.

AzPost bildirir ki, bu rəqəmləri RİA Novosti Avropa Qaz İnfrastrukturu Operatorları Assosiasiyasının məlumatlarına əsasən yayıb.

1 yanvar tarixində LNG terminallarından qaz ötürmə şəbəkəsinə çatdırılma təxminən 393 milyon kubmetr təşkil edib və 2 yanvar tarixində 396 milyon kubmetrə yaxınlaşıb. Dekabr ayında orta idxal gündə 411 milyon kubmetrə çatıb ki, bu da yanvar ayı səviyyəsindən 3-5 faiz yüksəkdir.

2025-ci ilin dekabr ayının sonuna qədər Avropa 12,7 milyard kubmetr LNG idxal edib. Bu, noyabr ayı ilə müqayisədə 1,9 faiz, 2024-cü ilin dekabr ayı səviyyəsindən isə 21,5 faiz çoxdur. Ümumilikdə, 2025-ci ildə Avropaya LNG idxalı əvvəlki ildən 27,5 faiz çox olmaqla 142 milyard kubmetrə çataraq yeni rekord qırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.