Venesuela ordusu ABŞ-ın hücumu zamanı S-300-ləri işə sala bilməyib-SƏBƏB

Venesuela ordusu Rusiyadan aldığı hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilməyib. Bu da Prezident Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi əməliyyatı zamanı ölkənin hava məkanını həssas vəziyyətə salıb.

AzPost bildirir ki, bu barədə The New York Times (NYT) ABŞ rəsmiləri və ekspertlərinə, eləcə də foto, video və peyk görüntülərinin öz təhlillərinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, ölkə hakimiyyəti Rusiyadan S-300 zenit-raket sistemləri, eləcə də Buk hava hücumundan müdafiə sistemi alıb. Lakin, iki mənbə qəzetə bildirib ki, mümkün işğal barədə aylarla xəbərdarlıqlara baxmayaraq, onları radarlara qoşa bilməyiblər. Zenit sistemləri bir-biri ilə əlaqəli olmayıb, u səbəbdən illərdir işlək olmayıb. Hücum zamanı bəzi hava hücumundan müdafiə komponentləri anbarda olub.

Mərkəzi Kəşfiyyat İdarəsinin Venesueladakı missiyasının rəhbəri Riçard de la Torre qeyd edib ki, illərlə davam edən korrupsiya bu vəziyyətə öz töhfəsini verib. Bundan əlavə, qəzetin mənbələri iddia edir ki, sanksiyalar səbəbindən ölkə hakimiyyəti Rusiya sistemlərinə xidmət göstərməkdə və onlar üçün ehtiyat hissələri almaqda çətinlik çəkirdi. Kreml Vaşinqtonla münasibətlərə xələl gətirməmək üçün bu silahların qəsdən sıradan çıxmasına icazə vermiş ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.