“Azərbaycandan gələn benzinə görə qiymət 15 faiz ucuzlaşıb” –PAŞİNYAN

Azərbaycandan benzin idxalı Ermənistanda illərdir mövcud olan yanacaq inhisarçılarını sıradan çıxaracaq.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir deyib ki, Azərbaycandan yanacaq idxalı ilə Ermənistan bazarında qiymətlər orta hesabla 15 faiz ucuzlaşıb.

Paşinyan Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını da əsassız adlandırıb.

Onun sözlərinə görə, tərəflər arasında sülh bərqərar olunub və bu sülh gələcəkdə “institusional relslərə” qoyulacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.