“İranın nüvə proqramına son qoyulacaq, İsraili tanıyacağıq” –Rza Pəhləvi verəcəyi qərarları açıqladı

İranın sonuncu devrilmiş şahının böyük oğlu, ABŞ-da yaşayan Rza Pəhləvi bəyan edib ki, hakimiyyətə gəldikdən sonra İranın nüvə silahı proqramına son qoyulacaq.

AzPost bildirir ki, o, bu barədə müraciəttində bəyan edib.

“İranda rejimin süqutundan sonra qonşularına və dünyaya qarşı necə davranacağını açıq şəkildə bildirim. Təhlükəsizlik və xarici siyasət sahələrində İranın nüvə silahı proqramına son qoyulacaq. İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremist islamçılığa qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək”-deyə o vurğulayıb.

Rza Pəhləvi bildirib ki, İran regionda dost və sabitləşdirici qüvvə kimi çıxış edəcək. “ABŞ-la diplomatik münasibətlər normallaşdırılacaq və Amerika ilə dostluğumuz bərpa olunacaq. İsrail Dövləti dərhal tanınacaq. Biz İbrahim Sazişlərini Kir Sazişlərinə bağlamaqla İran, İsrail və Ərəb dünyasını birləşdirməyə çalışacağıq…”

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.