Hansı qəhvə ömrü uzadır? –Həkim rəyi

Həkimlər qatqısız təbii qəhvəni ən faydalı hesab edirlər. Çünki qatqılar onun bəzi xüsusiyyətlərini ləğv edə bilər.

AzPost bildirir ki, Çinin Quançjou şəhərindəki Cənubi Tibb Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma göstərir ki, şəkərsiz qəhvə və az miqdarda şəkərli qəhvə bir sıra xəstəliklərin qarşısını ala, bədənin müdafiəsini gücləndirə, enerjini artıra və hətta ömrü uzada bilər.

Bu barədə eatthis.com məlumat verir.

Tədqiqata 171.000 iştirakçı cəlb olunub. Onların məlumatları yeddi il ərzində təhlil edilib. Onlar aşkar ediblər ki, qatqısız, xüsusən də şəkərsiz təmiz qara təbii qəhvə içən insanlar arasında vaxtından əvvəl ölüm riski heç qəhvə içməyənlərlə müqayisədə 16-20% azalıb. Mütəmadi olaraq bir fincan qəhvəsinə bir xörək qaşığı şəkər əlavə edənlər arasında bu risk 29-31%-ə qədər artıb.

Kaliforniya Universitetinin Los-Anceles Tibb Mərkəzinin (ABŞ) baş dietoloqu Dana Ellis Hannes qeyd edir ki, qəhvənin faydalı, iltihab əleyhinə içki olduğunu dəstəkləyən kifayət qədər dəlil var. Hazırkı tədqiqat bunu yalnız təsdiqləsə də qatqısız qara qəhvənin ən sağlam olduğunu anlamaq vacibdir. Çünki tərkibində bütün faydalı polifenol və antioksidantlar var. Digər tərəfdən, şəkər bədəndə iltihaba səbəb olur.

Mütəxəssis bir fincan tünd qəhvəyə bir çay qaşığı şəkərdən çox əlavə etməməyi tövsiyə edir. Bu, qəhvənin faydalı təsirlərini ləğv etməyəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.