“Taksi sifariş etdim, kartımı blokladılar” –ABB müştərini xaricdə yolda qoydu

Beynəlxalq bank
Beynəlxalq bank

ABB bu dəfə xaricdə olan müştərinin şikayəti ilə gündəmə gəlib. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Rafail Rzayev bildirib ki, ölkə xaricində olduğu müddətdə taksi sifariş etmək istəyərkən bank kartı qəfil bloklanıb.

Şikayətçinin sözlərinə görə, kartdan cəmi bir neçə dollarlıq əməliyyat cəhdi edildikdən sonra ABB tərəfindən bloklama tətbiq olunub. Nəticədə o, yad ölkədə, yolda qalmaq riski ilə üz-üzə qalıb. Müştərinin narazılığı isə bununla bitməyib.

Rafail Rzayev iddia edir ki, bank kartın blokdan çıxarılması üçün ona xaricdən ödənişli zəng etməli olduğu bildirilib. Müştəri bu yanaşmanı absurda bərabər sayır:
“Mən sizdən kartımı bloklamağı xahiş etmişəm? Niyə sizin qərarınıza görə yolda qalmalıyam? Niyə rouminq aktiv edib, pullu zəng vurmalıyam?”

Şikayətçi xüsusilə vurğulayır ki, kartdan vəsait çıxarılan zaman müştəriyə real vaxtda dəstək göstərməyən bank, bu dəfə cəmi 3 dollarlıq əməliyyata görə kartı avtomatik bloklayıb. Onun fikrincə, bu cür yanaşma nə müştəri rahatlığına, nə də müasir bankçılıq prinsiplərinə uyğundur.

Qeyd edək ki, “Banklar haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunvericiliyə əsasən, bank xidmətləri istehlakçı üçün təhlükəsiz olmaqla yanaşı, əlçatan və operativ şəkildə təqdim edilməlidir. Müştərinin razılığı və ya alternativ pulsuz əlaqə vasitəsi təqdim edilmədən kartın bloklanması və ödənişli zəngə məcbur edilməsi hüquqi baxımdan suallar yaradır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.