DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi olub –FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda saxladığı vəzifəli şəxslər arasında 9 fevral 2020-ci il parlament seçkilərində iştirak etmiş deputatlığa namizəd də var.

Bu şəxs Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovadır.

O, həmçinin YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədridir. Gültəkin Sadıqovanın namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Neftçala seçki dairəsindən irəli sürülmüşdü. Həmin dairədən seçkilərin qalibi xalq şairi Sabir Rüstəmxanlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK sədri Seçki Komissiyalarının sədrlərinə xəbərdarlıq etdi:

Sonrakı məqalə

22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticələri ləğv edilib