“Qərb Cənubi Qafqazda təsirini gücləndirir, bu bizi naraht edir” –KTMT-nin Qərargah rəisi

“Qərb ölkələri Cənubi Qafqaz bölgəsində təsirlərini gücləndirməyə çalışırlar“.

AzPost-un məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birgə Qərargah rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

“Köhnə, həll olunmamış ziddiyyətlərin və yeni geosiyasi çətinliklərin kombinasiyası ilə xarakterizə olunan Qafqaz bölgəsindəki vəziyyət xüsusilə narahatlıq doğurur. Bu, əsasən Qərb ölkələrinin Cənubi Qafqazda təsirlərini gücləndirmək cəhdləri ilə bağlıdır”, – deyə o qeyd edib.

Orta Asiyadan danışan KTMT-nin Birgə Qərargah rəisi Əfqanıstanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq ekstremist və terrorçu qrupların bölgədəki sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayıb. Serdyukovun sözlərinə görə, bu, terrorizmin qonşu ərazilərə ixracı üçün real təhlükə yaradır. O əlavə edib ki, təxribatçı radikal ideologiyanın və narkotik qaçaqmalçılığının yayılması ciddi problemlər olaraq qalır.

“Ümumiyyətlə, təşkilatın məsuliyyət zonasında vəziyyət gərgin və gözlənilməz olaraq qalır”. Beynəlxalq münasibətlərin davam edən deqradasiyası kontekstində münaqişə potensialı yalnız artacaq”, – deyə KTMT Birgə Qərargah rəisi yekunlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.