“Ölkədə kompyuter istehsalı ilə bağlı rəqəmlər anormaldır, izahı da yoxdur”–Natiq Cəfərli

Bu ilin yanvar ayında Azərbaycanda 20 ədəd stolüstü kompüter istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 92,3 % azdır.

2025-ci ilin yanvar–avqust aylarında isə Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb. Statistika Komitəsinin məlumatına görə, ilk 8 ayda 2 365 ədəd stolüstü kompüter istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 40 dəfədən çox artımdır.

Azpost.info bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu məlumatları təhlil edərək rəqəmləri “anormal” adlandırıb.

“Bu mövzu haqqında keçən il yazmışdım. Rəqəmlərin anormal olduğunu, ölkədə kompyüter “istehsalı” ilə bağlı məlumatların ağlabatan olmadığını qeyd etmişdim. Bu orqanik, təbii artım deyil, ola da bilməz. Çox güman, hansına “sxemlərdən” istifadə edilib”.

Ekspert deyib ki, 2026-cı ilin yanvarı üçün açıqlanmış rəqəmlər onu təəccübləndirib.  Bu ilin yanvar ayında Azərbaycanda cəmi 20 ədəd stolüstü kompüter istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 92,3 % azdır.

Yaxşı, nə baş verdi ki, kompyuter istehsalı keçən il “fontan” vurdu, indi isə “istehsal” kəskin azalıb, demək olar ki, olmayıb?! Bunu izah edən olacaq?”-deyə N.Cəfərli vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 8 ayında 2 365 ədəd stolüstü kompüter istehsal edilib. Bu dövrdə noutbuk istehsalı 1 430 ədəd olub.

Bu ilin yanvar ayında Azərbaycanda 32 ədəd noutbuk, 20 ədəd stolüstü kompüter istehsal edilib.

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.