Stress tez geri çəkilir: Sadə vərdiş beyini “yenidən işə salır”

Stress
Stress

Təmiz havada müntəzəm gəzinti stressi azaltmağa və emosional tarazlığı bərpa etməyə kömək edir. AzPost RBK-Ukrayna-ya istinadla xəbər verir ki, mütəxəssislər açıq havada vaxt keçirməyin beyinə sözün həqiqi mənasında “yenilənmə” imkanı verdiyini bildirirlər.

Araşdırmalara görə, insan stress yaşadıqda beyində təhlükəni müəyyən edən və ona cavab verən sahə uzun müddət fəal qalır. Xroniki gərginlik zamanı isə bu vəziyyət davamlı olur və insan daim ayıq-sayıq halda yaşayır. Təbii mühit isə diqqətin bərpasına kömək edir və təhlükə hissinin azalmasına şərait yaradır. Bu da daha sakit əhvali-ruhiyyə və emosiyaların daha düzgün idarə olunması ilə nəticələnir.

Mütəxəssislər qeyd edirlər ki, parkda və ya yaşıllıq ərazidə qısa müddətli gəzinti belə beynin yüksək gərginlik rejimindən çıxmasına kömək edir. Bu, müalicəni əvəz etmir, lakin gündəlik yüklənməni azaltmaq üçün təsirli vasitədir.

Elmi nəşr olan ScienceDirect platformasında dərc olunan araşdırmalarda göstərilir ki, təbii mühitdə vaxt keçirmək ürək döyüntüsünü, qan təzyiqini və stress hormonu olan kortizolun səviyyəsini azaldır. Bu dəyişikliklər orqanizmin “vur və ya qaç” rejimindən çıxmasına kömək edir.

Mütəxəssislərin sözlərinə görə, açıq havada olmaq yuxunun keyfiyyətini yaxşılaşdırır, düşüncəni aydınlaşdırır və gündəlik stressə reaksiyanı zəiflədir. Eyni zamanda diqqət dağınıqlığını azaldaraq daha yaxşı cəmlənmə imkanı yaradır.

Açıq havada daha çox vaxt keçirmək üçün müəyyən saat seçmək tövsiyə olunur. Məsələn, nahardan sonra və ya axşam yeməyindən əvvəl 10–20 dəqiqəlik gəzinti kifayət edə bilər. Qısa, lakin müntəzəm gəzintilər təsadüfi uzun yürüşlərdən daha faydalıdır.

Mütəxəssislər həmçinin gəzinti zamanı telefon və digər qurğulardan uzaq qalmağı məsləhət görürlər. Bir neçə dəqiqəlik belə fasilə belə stress səviyyəsinə müsbət təsir göstərə bilər. Dost və ya ailə üzvü ilə birlikdə açıq havada vaxt keçirmək isə həm ünsiyyət, həm də psixoloji rahatlıq baxımından əlavə üstünlük yaradır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.