ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməməyə çağırıb

ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlər mülki əhaliyə zərər verə bilər.

Bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, bu cür addımlar o cümlədən qlobal neft qiymətlərinin kəskin artmasına və Fars körfəzindəki enerji obyektlərinə qarşı daha genişmiqyaslı cavab zərbələrinə səbəb ola bilər.

Portalın məlumatına görə, Tramp administrasiyası münaqişə bitdikdən sonra potensial əməkdaşlıq üçün İranın neft sektorunu qorumağa çalışır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.