“Müttəfiqləri ABŞ-a Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO çox pis bir gələcək gözləyir“.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Financial Times” qəzetinə telefonla verdiyi müsahibədə bildirib.
“Bizim NATO-muz var. Biz çox mehriban idik. Ukrayna məsələsində onlara kömək etməyə borclu deyildik. Ukrayna bizdən minlərlə kilometr uzaqdadır. Amma biz onlara kömək etdik. İndi görəcəyik ki, onlar da bizə kömək edəcəklərmi? Çünki mən çoxdan demişəm ki, biz onların yanında olacağıq, amma onlar bizim yanımızda olmayacaqlar. Və əmin deyiləm ki, onlar yanımızda olacaqlar”-deyə Tramp vurğulayıb.
ABŞ prezidenti deyib ki, əldə edə biləcək bütün köməyə ehtiyacı var: ” Müttəfiqlər minaaxtaran gəmilər göndərməlidirlər. Avropa ABŞ-dan daha çoxu belə gəmilərə malikdir. Biz İrana çox güclü zərbə endiririk. Onların boğazda kiçik iğtişaşlar yaratmaqdan başqa çarələri yoxdur, amma Avropa faydalananlardır, onlar bizə asayişi qorumağa kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da yanımızda olmalıdırlar”.
“Fikrimcə, Çin də kömək etməlidir, çünki Çin neftinin 90 faizini boğazdan alır. Si Sinpinlə görüşü, Pekin sammitini gözləmək çox gec olardı. Bu barədə əvvəlcədən bilmək istərdik. İki həftə çox uzundur. Səfəri təxirə sala bilərik”- Tramp Financial Times qəzetinə telefonla verdiyi müsahibədə bildirib.