Dinozavr təsəvvür edərkən adətən dövrün nəhəng heyvanını canlandırırıq. Lakin, ağla gəməyən- həşərat yeyən, kirpidən daha az çəkisi olan kiçik, qəribə bir dinozavr olan Alnaşetri də var.
Azpost.info bildirir ki, 2014-cü ildə Argentinanın şimalındakı Pataqoniyada tapılan və 90 milyon il əvvələ aid, olduqca yaxşı qorunmuş bir fosilin yeni bir araşdırması bu yaxınlarda bunun səbəbini sübut edib. Əvvəllər yalnız qalıqların fraqmentlərindən bilinən yeni Alnaşetri cerropoliciensis fosili – paleontoloji baxımdan tədqiqatçılara bu növün tarixini yenidən qurmağa imkan verir.
Yeni tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.
Minnesota Universitetinin aparıcı müəllifi professor Peter Makoviski bildirib ki, indi kiçik tapıntıları dəqiq müəyyən etməyə və anatomiya və bədən ölçüsündəki təkamül dəyişikliklərini xəritələşdirməyə imkan verən bir başlanğıc nöqtəmiz var.
Fosil qəribə bir dinozavrı təsvir edir. Baş barmağında tək böyük caynaqla bitən uzun ön ayaqlara malik olan bu heyvan ağzı kiçik dişlərlə dolu olub. Onun həmçinin çox kiçik olduğu mlum olub: mikroskopik analiz heyvanın ən azı dörd yaşında yetkin bir heyvan olduğunu və 900 qramdan az çəkidə olduğunu təsdiqləyib. Bu, kiçik bir toyuqla təxminən eyni çəkidir. Alnaşetrinin aid olduğu qrup olan alvarezzavrlar o qədər quşa bənzəyirlər ki, kəşf edilmiş ilk nümunələrin bəziləri əvvəlcə lələkli nəsilləri ilə səhv salınıb.
Bu, qəribə, lakin məlumatverici bir fotoşəkildir. Alnaşetrinin unikal nisbətləri onun ara növ olduğunu göstərir. Bu, hadisələrin fərz edilən ardıcıllığını alt-üst edir: dinozavrlar qidalanmaları təbii olaraq təkamül keçirdiyinə görə balacalaşıblar.
Lakin bu, həm də alvarezzavrların tarixi haqqında daha çox şey ortaya qoyur. Onilliklərdir bu qrupu narahat edən qarışıqlığı aradan qaldırır. Cənubi Amerikada əvvəllər alvarezzavr fosilləri tapılsa da, onlar həmişə çox parçalara bölnmüş olurdu. Asiyada daha yaxşı nümunələr tapılıb ki, bu da faydalı, eyni zamanda çaşdırıcı olub. Onları ayıran geniş okeanı nəzərə alsaq sual yaranır: bu növ hər iki qitədə necə yaşaya bilərdi?
İndi bildiyimiz kimi, cavab olduqca sadədir. Pataqoniya tapıntısından ilhamlanan komanda Avropa və Şimali Amerikadakı fosil kolleksiyalarını yenidən araşdırır. Makovski deyir ki, bu növlər şimal və cənub yarımkürələri arasındakı böyük çatlardan əvvəl alvarezzavrların əksər qitələrdə yaşadığını sübut etməyə kömək edir.