Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb

Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.

“Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu, sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir”, DİN-in məlumatında deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.