Şoyqu Ukraynadan Ural bölgəsi üçün birbaşa təhlükə olduğunu bildirib

“Rusiyanın Ural bölgəsi birbaşa təhlükə altındadır“.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ural Federal Dairəsində keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, bu yaxınlara qədər Ukraynadan hava zərbələri endirilə bilməyən Ural indi birbaşa təhlükəli zonada yerləşir.

Şoyqu vurğulayıb ki, silahların, ilk növbədə pilotsuz sistemlərin inkişafı elədir ki, Rusiya Federasiyasının istənilən bölgəsi təhlükə altındadır.

O, əlavə edib ki, 2025-ci ildə Ukraynanın Rusiya infrastrukturuna hava hücumları demək olar ki, dörd dəfə artıb: “Ukrayna Rusiyada təxribat və terror hücumlarına cəhd etməyə davam edir. 2025-ci ildə Rusiyada 1830 terror hücumu törədilib ki, bu da 2024-cü illə müqayisədə 40% və 2023-cü illə müqayisədə 6,5 dəfə çoxdur. Düşmən, internet vasitəsi daxil olmaqla, Rusiya əhalisinə təsir göstərmək üçün informasiya və psixoloji müharibədən aktiv şəkildə istifadə edir. Yaxın Şərqdəki hadisələr fonunda vacib infrastruktura təhdidlər daha da real və miqyaslıdır. Kiyevin hücumlarının əsas hədəfləri Rusiya Federasiyasındakı hərbi, nəqliyyat və yanacaq-enerji obyektləridir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.