ABŞ-ın Milli Kəşfiyyat və Terrorla Mübarizə Mərkəzinin direktoru İranla müharibəyə görə istefa verib

ABŞ Milli Kəşfiyyat və Terrorla Mübarizə Mərkəzinin direktoru Joe Kent bu gün vəzifəsindən istefa verib.

APA xəbər verir ki, o bu barədə “X” platformasında paylaşım edib.

Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir.

“İran ölkəmizə qarşı dərhal təhlükə yaratmırdı və aydın oldu ki, biz bu müharibəni İsrail və onun güclü Amerika lobbi qrupu təzyiqi altında başlamışıq”, – o qeyd edib.

Kent açıqlamasında əlavə edib ki, vəzifəsində xidmət etmək onun üçün şərəf olub, lakin davam edən hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa qərarına gəlib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.