ABŞ-da PUA-ları vuran lazer silahı yaradıldı

ABŞ dronları “kor” edəcək lazer silahı hazırlayıb.

Azpost.info bildirir ki, Amerikanın silahqayırma podratçısı NUBURU-nun törəmə şirkəti olan Lyocon hücum tüfənginə birləşdirilən dron əleyhinə sistem hazırlayıb. Lazer cihazı dronları çoxsaylı işıq impulsları ilə kor edir və onları sıradan çıxarır.

Techkult-un məlumatına görə, kor etmə texnologiyası optik müdaxiləyə əsaslanır və mexaniki zədələnmədən PUA sensorlarını və vizual naviqasiya sistemlərini sıradan çıxarır. Cihaz yaşıl, mavi və infraqırmızı diapazonlarda işləyən kompakt yarımkeçirici lazerə əsaslanır. Yönləndirilmiş enerji bloku qoyulan tapşırıqdan asılı olaraq 1 ilə 10 vatt arasında tənzimlənən güc diapazonunda işləyir.

Lazer sistemi standart NATO tüfəng platformaları ilə tam uyğundur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.