“10 000 AZN dedilər, 3 000 çıxdı”– Kapital Bank-ın "Platinum Miles" kartı narazılıq yaratdı

Kapital Bank
Kapital Bank

Sosial şəbəkələrdə bank məhsullarının reklamı ilə real şərtləri arasındakı fərqlər yenidən müzakirə mövzusuna çevrilib. AzPost xəbər verir ki, bu dəfə narazılıq Kapital Bank-ın təqdim etdiyi, illik xidmət haqqı 99 AZN olan Visa Platinum Miles kartı ilə bağlıdır.

“Reklamda fərqli, reallıqda fərqli”

Şikayət edən vətəndaş bildirir ki, bankın reklam materiallarında sözügedən kart üçün 10 000 AZN-ədək komissiyasız köçürmə və nağdlaşdırma imkanı vəd edilir. Lakin 99 AZN ödəyərək kartı əldə etdikdən sonra məlum olub ki, bu limit heç də hamı üçün keçərli deyil.

Vətəndaşın sözlərinə görə, kartı aktivləşdirdikdən sonra ona tətbiq edilən limitin “Cashback” kartlarında olduğu kimi cəmi 3 000 AZN olduğu bildirilib.

“Kimsə mənim kimi aldanmasın”

Müştəri digər vətəndaşları da xəbərdar edərək qeyd edib ki, yüksək xidmət haqqı ödənilməsinə baxmayaraq, vəd edilən üstünlüklər hər kəsə eyni qaydada şamil olunmaya bilər: “99 AZN verib kartı alandan sonra öyrəndim ki, limit cəmi 3 000 AZN-dir. Yazdım ki, kimsə mənim kimi aldanmasın.”

Ekspertlər nə deyir?

Adətən banklar bu növ yüksək limitləri müştərinin kredit reytinqinə və ya aylıq dövriyyəsinə əsasən tənzimləyirlər. Lakin müştərilər reklamda “10 000 AZN-ə qədər” ifadəsinin qeyd olunmamasını və ya şərtlərin şəffaf izah edilməməsini manipulyasiya kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı bankın da mövqeyini işıqlandırmağa hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.