Sağlamlıq üçün nə vaxt yatmaq lazımdır?-Tədqiqat

Yuxu
Yuxu

Yuxu çatışmazlığı  gün ərzində əhvalınızı pozmaqla yanaşı, həm də ömrünüzü qısalda bilər.

Azpost.info bildirir ki, davamlı yuxunun sağlam həyatı  uzatmaq və yaxşılaşdırmaq üçün vacib olduğu hamıya məlumdur. Buna görə də, həm kəmiyyət, həm də keyfiyyət baxımından yuxunuzu yaxşılaşdırmaq üçün indi addımlar atmaq vacibdir. Son tədqiqatlar təkcə yuxu müddətinin deyil, həm də oyanma vaxtının vacibliyini vurğulayıb ki, bu da ömür uzunluğuna əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu barədə Chronobiology International juranlı məlumat verir.

400.000-dən çox insanın yuxu rejimi onların ümumi sağlamlığı ilə birlikdə öyrənilib. Tədqiqatçılar “səhər həyatı”na uyğunlaşan insanların (“torağaylar”) gecə həyatı yaşayan insanlardan (“bayquşlar”) daha uzun yaşadıqları qənaətinə gəliblər. Alimlər yaşı, cinsi, sağlam olmayan vərdişləri, bədən kütlə indeksini, yuxu müddətini və digər təsir edən amilləri nəzərə alaraq “gecə bayquşları”nın səhər “torağay”larından 10 faiz daha çox ölüm riski olduğunu müəyyən ediblər.

Tədqiqatlara görə, gec oyanmaq psixoloji pozğunluqlar riskinin artması və diabet riskinin 30% artması ilə əlaqələndirilir. Bundan əlavə, gecə həyatı”na üstünlük verənlərdə tənəffüs və mədə-bağırsaq xəstəliklərinə tutulma ehtimalı daha yüksəkdir.

Tədqiqatın müəllifi Kristen L. Knutson qeyd edib ki, yuxu vaxtına olan üstünlüklər qismən genetika ilə müəyyən edilir. Lakin istəsəniz, cədvəlinizi tənzimləyə və “gecə bayquşu” tərzini  dəyişə bilərsiniz. Knutson yuxu və oyanma vaxtlarınızı tədricən tənzimləməyi, yatmazdan əvvəl smartfon istifadəsindən çəkinməyi və nəticədə “gecə bayquş zonasından” çıxmağı tövsiyə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.