Bunları yeyin, dəriniz cavan qalsın! –Həkimlər nə təklif edir?

Sağlam qidalanma dərinizin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə və onun qocalmasını yavaşlada bilər.

Azpost.info Vogue France jurnalına istinadən bildirir ki, mütəxəssislər hansı qidaların dərinin möhkəmliyi və elastikliyi üçün əsas protein olan kollagenin istehsalını stimullaşdırdığını açıqlayıblar.

Kollagen dərinin təməlidir, lakin onun səviyyəsi 25 yaşdan sonra azalmağa başlayır. Onun istehsalını qorumaq üçün qida menyunuzdə protein, omeqa-3 yağ turşuları və C vitamini ilə zəngin qidaları daxil etmək vacibdir.

“Bədənimiz balanslaşdırılmış bir sistemdir. Kollagen daim parçalanır və yenidən qurulur. İstehsal olunan kollagenin miqdarında və ya keyfiyyətində hər hansı bir balanssızlıq, yaşlanmada olduğu kimi dəyişikliklərə səbəb olur”, – deyə əczaçılıq mütəxəssisi Mercedes Abarquero Cerezo bildirir.

Mütəxəssislər xüsusən də faydalı yağ turşuları ehtiva edən və dəri quruluşunu qorumağa kömək edən qızılbalığa xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Ət, süd məhsulları, qoz-fındıq və antioksidantlarla zəngin tərəvəzlər də vacibdir.

Sitrus meyvələri, giləmeyvələr və brokoli kimi C vitamini ilə zəngin meyvə və tərəvəzlər xüsusi rol oynayır. Çünki onlar kollagenin sintezinə kömək edir və dərini vaxtından əvvəl qocalmadan qoruyur. Pəhrizlə yanaşı, mütəxəssislər artıq şəkər və emal olunmuş qidalardan çəkinməyi və nəmlənməni qorumağı tövsiyə edirlər.

Məqalədə qeyd olunur ki, kollagen dərinin quruluşunu dəstəkləyən, onu daha möhkəm və daha elastik edən bir proteindir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.