ABŞ Prezidenti Donald Tramp İslamabadda ABŞ-İran danışıqlarının rəsmi olaraq başladığını bəyan edib.
Azpost.info bildirir ki, Trampın açıqlamasından sonra İran mediası ABŞ-ın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların başladığını bildirib.
İran tərəfi danışıqları təsdiqləməsini İsrailin Livanın cənubuna hücumlarını məhdudlaşdırması və ABŞ tərəfindən İslam Respublikasının aktivlərinin azad edilməsini qəbul etməsi ilə izah edib.
Eyni zamanda, Livanda atəşkəsin hələ tam şəkildə əldə edilmədiyi və buna görə də İran nümayəndə heyətinin Pakistan vasitəçisi vasitəsilə və danışıqlar otağında məsələni izlədiyi vurğulanıb.
Tramp özü danışıqların nəticəsinin onun üçün əhəmiyyətsiz olduğunu bildirdi: “Əgər onlar uğursuz olarsa, Vaşinqton hərbi əməliyyatları bərpa edəcək”.