Cərrahlar pasiyentləri səhv salıb ölümcül əməliyyat keçirdi

Əməliyyat
Əməliyyat

Hindistanın Varanasi şəhərindəki xəstəxanada həkimlər iki pasiyenti səhv salıblar. 71 yaşlı qadın planlı əməliyyata hazırlaşırdı, lakin onu digər pasiyentin əvəzinə əməliyyat otağına göndəriblər. Cərrahlar müdaxiləyə başlayıblar və yalnız proses zamanı gözlənilən travmanın olmadığını başa düşüblər. AzPost xəbər verir ki, bu barədə “Times of India” xəbər verir.

Tibb personalı səhvi təsdiqləyib, kəsiklər işlənilib və pasiyent palataya qaytarılıb. Baş verənlər barədə ailəyə məlumat verilməyib. Daha sonra qadına yenə də lazımi əməliyyat keçirilib, lakin ondan sonra fəsadlar başlayıb. Nəticədə pasiyent dünyasını dəyişib.

Yaxınları baş verənlərdən yalnız şikayət etdikdən sonra xəbər tutublar. Yalnız o zaman bütün həqiqət üzə çıxıb. Xəstəxanada araşdırma üçün komissiya yaradılıb.

Hazırda həkimlər tibb personalının təqsir dərəcəsini araşdırırlar. Mərhumun ailəsi günahkarların cəzalandırılmasını tələb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.