2025-ci ilin noyabrından bəri Azərbaycandan Ermənistana 9.337 ton yanacaq idxal edilib.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.
Bu qurumlar 2025-ci ilin noyabr ayından 15 aprel 2026-cı il tarixinə qədər Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana idxal edilən malların miqdarı barədə məlumatları dərc edib. Rəqəmlərə həmçinin Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana idxal edilən mallar haqqında məlumatlar da daxil edilib.
Armenpress-in sorğusuna cavab olaraq, Dövlət Gəlirləri Komitəsi və Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi bildirib ki, Azərbaycan vasitəsilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26.295 ton mal, eləcə də Azərbaycandan 9.337 ton yanacaq idxal edilib. Onlar regional əməkdaşlığın və sülhün nəticələrinin artıq hiss olunduğunu və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını vurğulayıblar.
Ermənistan Respublikası Gömrük Xidmətinin məlumatına görə, mallar ilk dəfə 6 noyabr 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə tranzit olaraq daxil olub. Bildirilib ki, “Rusiya və Qazaxıstandan ümumilikdə 24.865 ton buğda, 1.362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib.
2025-ci ilin dekabrından 15 aprel 2026-cı ilə qədər Azərbaycandan Ermənistana dəmir yolu ilə Gürcüstan ərazisindən 9.337 ton Azərbaycan mənşəli yanacaq idxal edilib və qeydiyyata alınıb. Bu da ümumi gömrük dəyəri 7,2 milyon dollar təşkil edir. Bunun 5.398 tonunun gömrük dəyəri 4,3 milyon dollar olan dizel yanacağı və 3.939 tonunun gömrük dəyəri 2,9 milyon dollar olan benzindir”.