2026-cı ildə İran ətrafında baş verən hərbi-siyasi gərginlik qlobal enerji bazarında son onilliklərin ən ciddi şoklarından birini yaradıb.
Dünya Bankının proqnozuna görə, enerji qiymətləri bu il təxminən 24% artacaq, Brent nefti isə 86–115 dollar intervalına qədər yüksələ bilər .
Bəzi hallarda isə qiymətlər artıq 100–120 dollar/barel həddini keçib . Bu artımın əsas səbəbi Hörmüz boğazının bağlanması riski, təchizatın milyonlarla barel azalması, geosiyasi qeyri-müəyyənlik göstərilir.
Bəs bu bu böhranda Azərbaycanın qazancı nə qədər olub?
Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk 2 ayında Azərbaycan 3.6 milyon ton neft ixrac edib və 1.7 milyard dollar gəlir əldə edib. Bu artıq qiymət artımının büdcəyə təsirinin başladığını göstərir.
Azərbaycan Maliyyə Nazirliyi və beynəlxalq analitiklərin hesablamalarına görə, neftin hər 10 dollar bahalaşması dövlət büdcəsinə təxminən 235 milyon dollar əlavə gəlir gətirir.
Eyni zamanda ING analitikləri qeyd edir ki, 10 dollar artım ixrac gəlirlərini milyardlarla dollar artırır.
Ekspert hesablamalarına əsasən böhran dövründə qazanc real qiymətləndirmə zamanı bu qaydada mümkündür: Neftin qiyməti 50–60 dollar artdıqda Azərbaycan gündəlik 27–28 milyon dollar əlavə gəlir əldə edir. Bu vəziyyət 1 ay davam edərsə 700 milyon dollar, 2 ay davam edərsə 1.5 milyard dollar əlavə gəlir formalaşır.
Bəs ekspert rəyləri nə deyir: qazanc varmı, risk nədədir?
Fitch Ratings Beynəlxalq reytinq agentliyi bildirir ki, İran böhranı Azərbaycan üçün əlavə ixrac və büdcə gəlirləri yaradır. Eyni zamanda bu, tam sabit və davamlı mənbə deyil.
Azərbaycanlı iqtisadçılar isə qeyd edir ki, büdcə neftin 65 dollar qiyməti ilə planlaşdırılıb. Real qiymət bundan yüksək olduqda büdcədə “gözlənilməz profisit” yaranır.
Analitiklər vurğulayır ki, bu gəlir təbii iqtisadi inkişaf deyil və riskli geosiyasi gəlirdir. Ən doğru addım ehtiyatların artırılması və qeyri-neft sektoruna yatırımdır.
Azərbaycan nə qədər qazanıb?
2026-cı ilin I rübündə neft-qaz gəlirləri 4 milyard manatı keçib, proqnozdan artıq gəlir qeydə alınıb. Bu isə göstərir ki, bahalaşma artıq büdcədə hiss olunur.
Analitik nəticə onu deməyə imkan verir ki, ölkəmiz hazırkı mərhələdə yüz milyonlarla dollar gəlir əldə edib. 2–3 aylıq böhran effekti təqribən 1–2 milyard dollar əlavə pul deməkdir. Uzunmüddətli yüksək qiymətlər isə bir neçə milyard dollar əlavə gəlir olacaq.
Bu qazancın nə qədər davam edəcəyi 3 faktordan asılıdır:
Münaqişənin müddəti, Hörmüz boğazının qapalı qalması, OPEC və bazarın reaksiyası.
Yekun nəticə onu deməyə imkan verir ki, İran böhranı Azərbaycan üçün qısamüddətli maliyyə “bonusudur”, uzunmüddətli dövrdə iqtisadi risk və qeyri-müəyyənlikdir.
“Analitik” Təhlil Mərkəzi