Zelenski “ABŞ-sız danışıqlar” strategiyası üzərində işləyir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni ölkəsinin şərqindəki münaqişə ilə bağlı dialoqda iştirakını davam etdirməyə razı salmaq cəhdlərini dayandırıb.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Zelenski hazırda Vaşinqtonun köməyi olmadan danışıqlar aparmaq strategiyası üzərində işləyir.

Bildirilir ki, o, Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlar üçün əsas platforma kimi görür.

Daha əvvəl ABŞ administrasiyasındakı mənbələr mediaya açıqlamalarında bildirmişdilər ki, Amerika rəsmiləri artıq Ukrayna ilə bağlı danışıqlar mövzusunun Ağ Evdə sonuncu dəfə nə vaxt müzakirə edildiyini xatırlamırlar, çünki ABŞ danışıqçıları əsasən İrana diqqət yetirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.