“Zəngəzur yolu”nu çəkəcək amerikalı mühəndis heyəti İrəvana gəlib –Texniki layihə təqdim olundu

TRIPP layihəsi üçün ərazi tədqiqat işlərinə başlamaq məqsədilə AECOM mühəndis və konsaltinq şirkətinin nümayəndə heyəti Ermənistana gəlib. Şirkət ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından səfər edib.

Azpost.info bildirir ki, Baş nazirin müavini Mher Qriqoryan Amerikanın mühəndislik və konsaltinq şirkəti AECOM-dan olan qrupu qəbul edib. Şirkətin nümayəndələri Baş nazirin müavininə hazırlayacaqları texniki-iqtisadi əsaslandırmanın əsas sahələrini və gözlənilən nəticələrini təqdim ediblər.

Baş nazirin müavini regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün TRIPP-in əhəmiyyətini vurğulayaraq, davam edən işlərin vacibliyini qeyd edib. O, Ermənistan ərazisindən malların və resursların tranziti üçün əhəmiyyətli potensialı vurğulayaraq, regional kommunikasiyaların açılması üçün imkanlar təqdim etdiyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.