“Kəpəz” “Araz-Naxçıvan”a uduzub –Premyer Liqa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

“Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Araz-Naxçıvan” turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Kəpəz” isə 27 xalla 10-cu sırada qalıb.

Qeyd edək ki, XXXII turun açılış matçında I Liqaya düşəcəyi dəqiqləşən “Karvan-Yevlax” evdə “Qəbələ”yə uduzub – 1:2. Tura mayın 17-də yekun vurulacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.