26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nın rəsmi açıqlamasında bəyan edib.
Qatarların bərpası Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən həyata keçirlir.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq.
Bu barədə rəsmi elan veriləcək.
***
Açıqlanan yeni məlumatda deyilir ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır. Bilet satışı ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək.
***
Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər yerin konfiqurasiyasına (vaqon tipinə) görə təxminən belə dəyişirdi:
Plaskart (açıq kupe) bir nəfər üçün 24-26 manat, kupe 35-40 manat, SV (yataqlı) 57-60 manat.