Özgür Özel CHP sədrliyindən kənarlaşdırıldı –Kamal Kılıçdaroğlunun sədrliyi bərpa olundu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

NTV xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.

 

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.