ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı İranın razılaşma əldə etməkdə tələsdiyini bildirib.
“Dünyanın ən güclü ordusuna sahibik”-deyən Tramp Venesueladakı kampaniyalara və “İranda etdiklərinə” işarə edib.
“İran razılaşma əldə etməkdə tələsmir, görək nə olacaq. Amma biz onlara ağır zərbə vurduq və başqa seçimimiz yox idi. Çünki İran nüvə silahına sahib ola bilməz. Onların nüvə silahı ola bilməz” -deyə ABŞ prezidenti bildirib.