Suşi həm dadlı yemək, həm də düzgün seçim edildikdə arıqlama prosesinə uyğun qida ola bilər. Mütəxəssislər bildirirlər ki, əsas məsələ düzgün inqrediyent seçimi və porsiyaya nəzarətdir.
AzPost xəbər verir ki, nutritionist Yuliya Draqulova bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Hansı suşilər daha faydalıdır?
Mütəxəssis tövsiyə edir ki, zülal və tərəvəz tərkibli rollara üstünlük verilsin.
Ən uyğun seçimlər:
- qızılbalıq;
- tuna;
- krevet;
- avokado;
- xiyarla hazırlanan suşilərdir.
Nutritionist bildirir ki, qızardılmış rollardan və mayonezli souslardan uzaq durmaq lazımdır.
Onun sözlərinə görə, bir dəfəyə 6-8 ədəd suşi yemək kifayət hesab olunur.
“Əsas məsələ gündəlik kalori normasını qorumaqdır. Suşini düzgün seçdikdə onu rahatlıqla rasiona daxil etmək mümkündür”, – deyə ekspert bildirib.
Populyar suşilərin kalorisi nə qədərdir?
Bir ədəd qızılbalıqlı niqiri təxminən:
- 60 kalori;
- 5 qram zülal;
- 2 qram yağ ehtiva edir.
Qızılbalıq və avokadolu “Filadelfiya” rollu isə:
- 500 kalori;
- 24 qram zülal;
- 27 qram yağ tərkibinə malikdir.
Pendir və mayonezsiz “Kaliforniya” rollunda isə:
- 380 kalori;
- 23 qram zülal olur.
Mütəxəssis qeyd edir ki, tuna və krevetli suşilər daha az kalorili sayılır. Çünki bu məhsullar yağ nisbəti aşağı olan zülal mənbələridir.
Soya sousu təhlükəlidirmi?
Nutritionistin sözlərinə görə, soya sousunun kalorisi azdır.
1 xörək qaşığı soya sousunda orta hesabla 8-10 kalori olur.
Lakin onun tərkibində duz miqdarı yüksək olduğundan həddindən artıq istifadəsi məsləhət görülmür.
Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş suşi həm yüngül nahar, həm də balanslı pəhrizin bir hissəsi ola bilər.