“İranla sazişinin mətni ilə bağlı razılıq bir neçə gün çəkə bilər” –ABŞ dövlət katibi

ABŞ-İran sazişinin mətni ilə bağlı razılığa gəlmək bir neçə gün çəkə bilər.

Azpost.info Reuters agentliyinə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Hindistanın Caypur şəhərindəki təyyarəsində jurnalistlərə bildirib.

“Rubio İranla sazişin mətni ilə bağlı razılığa gəlmək üçün bir neçə gün çəkə biləcəyini söylədi”, – deyə xəbərdə bildirilir.

Rubio həmçinin Hörmüz boğazı da daxil olmaqla, Yaxın Şərq boğazlarında sərbəst naviqasiyanın bərpasına çağırıb. O, su yolunun bu və ya digər şəkildə açılacağını bildirib.

Dövlət katibi qeyd edib ki, boğazlar açıq olmalıdır.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.