Bakı-Tbilisi-Qars dəmir yolu açılır –– Logistika xəritəsini dəyişən layihə

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

Təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir. /APA/

Azpost.info bildirir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti, qlobal logistika xəritəsində regional layihədən Avrasiyanın əsas nəqliyyat arteriyasına çevrilməkdədir. Marşrut, Çin və Mərkəzi Asiyadan gələn yükləri Avropaya ən qısa və təhlükəsiz yolla çatdıran “Orta Dəhliz”in (Middle Corridor) onurğa sütununu təşkil edir.

Əənənəvi dəniz yolları ilə Çindən Avropaya yüklərin daşınması 25–45 gün çəkdiyi halda, BTQ vasitəsilə bu müddət 15 günə qədər azalır. Rusiya ərazisindən keçən ənənəvi şimal yollarının geosiyasi riskləri fonunda, qlobal logistika şirkətləri BTQ xəttini ən etibarlı və təhlükəsiz quru marşrutu kimi qəbul edir.

Layihə ölkəmizin regionda asılılığı azaldan və iqtisadi müstəqilliyi gücləndirən əsas “logistik hab” statusunu tam bərqərar edir.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.